Türkiyə Böyük Millət Məclisində (TBMM) büdcə müzakirələri zamanı növbəti dəfə dava düşüb.
Medianews.az xəbər verir ki, İYİ Partiynın deputat Ümit Beyaz TBMM-də çıxış edərkən Ədalət və İnkişaf Partiyası ilə İYİ Partiya deputatları arasında mübahisə yaranıb.
Daha sonra deputatlar əlbəyaxa olublar.
Ədalət və İnkişaf Partiyasının Bursadan olan deputatı Zəfər Işık İYİ Partiya Trabzon millət vəkili Hüseyn Örsünü yumruqlayıb. Hücuma məruz qalan millət vəkili Hüseyn Örs xəsarət alaraq xəstəxanada reanimasiya şöbəsinə yerləşdirilib.
Medianews.az