Dünyaca məşhur zərgərlik brendinin Türkiyədə distribütoru olan iş qadını Dilek Ertek tətildə olduğu Taiti adalarında gəmidən yıxılıb.
Medianews.az xəbər verir ki, Dilek Ertek 20 gün tapılmadıqdan sonra məsciddə qiyabi cənazə namazı qılınıb.
Cənazə mərasimində bir çox tanınmış simaları iştirak ediblər.
Qeyd edək ki, Dilek Ertek uzun illər dünyanın ən məşhur lüks zərgərlik markalarından olan “Tiffany Co”nun Türkiyə distribütoru idi. Ertekin ölümü yaxınlarını və iş dünyasını da şoka salıb. Cümhuriyyət qəzetinin xəbərinə görə, Haitidə axtarış işlərinin davam etdiyi bir vaxtda iş adamının cəsədini hələ də tapmaq mümkün olmayıb.
Medianews.az