Tarzən Humay Qədimova Daxili İşlər Nazirliyinə videomüraciət ünvanlayıb.
Axşam.az xəbər verir ki, musiqiçi müraciətdə sürücüsünün başına gələn hadisədən danışıb. Humay bildirib ki, sürücüsünü Ekologiya Postu deyilən ərazidə Vüqar Cəbrayılov adlı polis inspektoru qanunsuz olaraq saxlayıb. Sürücüsü içkili olmadığı halda, onun içkili olduğunu iddia edərək daha sonra ondan sənədlərini tələb edib.
Sənətçi həmin inspektorun avtomobilin qaytarılması üçün sürücüdən 3000 manat rüşvət istədiyini də bildirib:
“Vüqar Cəbrayılov onu dinləməyib. Sürücüm narkoloji mərkəzə yaxınlaşaraq, tibbi müayinədən keçib. Orada spirtli içkidən istifadəni inkar edən sənəd alır. Aparır inspektora, o da qəbul etmir. Başqa polis çəkib kənara deyir ki, məsələni uzatma və 50 manat ver get”.
Humay sənədləri nümayiş etdirərək DİN-ə müraciıt edib. O bildirib ki, avtomobili ona qaytarılsa da, bu işin araşdırılmasını istəyir.