Böyük Britaniyanın keçmiş baş naziri Boris Consonun istefa verən varisi Liz Trussın yerinə baş nazirlik uğrunda mübarizəyə qoşula biləcəyi irəli sürülüb.
İddialara görə, Boris Conson Liz Trussın yerinə baş nazirlik uğrunda mübarizəyə qoşula bilər
Medianews.az bildirir ki, teleqrafda çıxan xəbərə görə, iyulun 7-də hakim Mühafizəkarlar Partiyasının liderliyindən istefa verən keçmiş baş nazir Consonun istefa verdiyini açıqlayan Trussun yerinə partiya daxilində baş nazirlik yarışına qatılacağı iddia edilib.
Hazırda Dominikan Respublikasında istirahətdə olan Consondan hələlik rəsmi açıqlama verilməyib.
Conson iyulun 7-də hakim Mühafizəkarlar Partiyasının lideri vəzifəsindən istefa verib. Liz Truss sentyabrın 5-də Consonu əvəz etmək uğrunda mübarizədə rəqibi, keçmiş maliyyə naziri Rişi Sunakla seçki yarışında qalib gələrək ölkənin yeni baş naziri oldu.
Nəzrin Vüsal
Medianews.az