Keçən həftə “Covid-19”dan sağaldığını elan edilən ABŞ prezidenti Co Baydenin simptomların təkrarlanması ilə yenidən karantinə alındığı bildirilib.
Medianews.az xəbər verir ki, onun həkimi Kevin O’Konnor, Baydenin Covid-19 simptomlarının yenidən görünməsi ilə karantinə qayıtdığını və daimi nəzarətdə olduğunu söyləyib. Prezidentin vəziyyətinin yaxşı olduğunu, lakin öskürək şikayətinin davam etdiyini qeyd edən həkim Baydenin hərarətinin, tənəffüsünün və oksigen səviyyəsinin tamamilə normal olduğunu bildirib.
Ağ Evin qaydalarına görə, ABŞ tarixinin ən yaşlı prezidenti olan 79 yaşlı Bayden sabaha qədər karantində qalacaq.
ABŞ prezidentinin iyulun 21-də Covid-ə yoluxduğu açıqlanıb. Keçən həftə prezidentin Covid testinin mənfi olduğu bildirildi.
Leyla, Medianews.az