İraq Türkiyə sərhədində forpost inşa edəcək.
Medianews.az xəbər verir ki, İraqın Baş naziri Mustafa Əl-Kaziminin Mətbuat İdarəsindən verilən yazılı açıqlamada, Əl-Kaziminin sədrliyi ilə toplanan Nazirlər Şurasının ölkədəki siyasi və təhlükəsizlik inkişaflarını müzakirə etdiyi bildirilib.
Nazirlər Kabinetinin iclasında Müştərək Əməliyyatlar Komandirinin müavini general-leytenant Əbdüləmir əl-Şəmmari və bəzi komandirlərin qonaq olduğu bəyanatda Türkiyə-İraq sərhədindəki hərbi komandirlərin təhlükəsizlik vəziyyətinin qiymətləndirildiyi qeyd edilib.
Açıqlamada, İraq-Türkiyə Təhlükəsizlik Qiymətləndirmə Komissiyasının tövsiyələrinin Nazirlər Şurası tərəfindən təsdiqləndiyi və sərhəddə təhlükəsizliyin təmin edilməsi üçün 30 milyard İraq dinarı (20 milyon 540 min dollar ) ayrılmasına qərar verildiyi bildirilib .
Bəyanatda bildirilib ki, 30 milyard İraq dinarının 20 milyardı sərhəd boyu yeni postların tikintisinə, qalan 10 milyardı isə hərbi texnikanın alınmasına ayrılıb.
Leyla, Medianews.az