Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yağan güclü yağış daşqınlara səbəb olub.
Medianews.az xəbər verir ki, paytaxtın bir çox prospekt və küçələri gölə dönərkən, nəqliyyat vasitələri sel sularından keçməkdə çətinlik çəkib.
Maddi ziyana səbəb olan daşqınlarda insan tələfatının olmadığı bildirilib.
Səlahiyyətlilər kəskin hava şəraiti ilə bağlı vətəndaşlardan diqqətli olmağı xahiş edib.
Leyla, Medianews.az