Çərşənbə günü Rusiyanın Donetsk vilayətini atəşə tutması nəticəsində 5 dinc sakin həlak olub, daha 8 nəfər isə yaralanıb.
Medianews.az xəbər verir ki, bu barədə məlumatı Donetsk OVA-nın rəhbəri Pavel Kirilenko Teleqram kanalında yayıb.
Məlumatda bildirilir: “İyulun 27-də ruslar Donetsk vilayətində 5 mülki vətəndaşı – Avdiivkada 2, Nyu Yorkda 1, Baxmutda 1 və Soledarda 1 mülki vətəndaşı qətlə yetiriblər. Daha 8 nəfər isə yaralanıb”.
Kirilenko ənənəvi olaraq xatırladıb ki, Mariupol və Volnovaxada qurbanların dəqiq sayını hələlik müəyyən etmək mümkün deyil.
Leyla, Medianews.az