Ukrayna taxılının Qara dəniz vasitəsilə ixracının bərpasını əhatə edən saziş İstanbulda imzalanıb.
Medianews.az xəbər verir ki, imzaladığı müqaviləni əlində saxlayan Milli Müdafiə naziri Hulusi Akarı qarşı tərəflə mübadilə üçün xəbərdar edən prezident Ərdoğanın jesti gündəm olub.
Prezident Ərdoğan və Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreşin qatıldığı, Ukrayna və Rusiyanın iştirakı ilə taxıl daşınması müqaviləsinin imzalanma mərasimi Dolmabahçe sarayının ofisində baş tutub.
Quterreş və prezident Ərdoğanın qısa çıxışlarından sonra imzalanma mərhələsi başlayıb. Türkiyə tərəfdən müqaviləni imzalayan milli müdafiə naziri Hulusi Akar sənədi imzaladıqdan sonra bir müddət əlində saxlayıb. Həmin anda hərəkətə keçən prezident Ərdoğan nazir Akara işarə edərək əlindəki sənədi qarşı tərəflə dəyişməsi barədə xəbərdar edib.
Prezident Ərdoğanın xəbərdarlığından sonra qarşı tərəflə sənəd mübadiləsi aparan nazir Akar əl sıxaraq kameralara poza verib.
Medianews.az