Təmsilçimiz güləş üzrə Avropa Çempionatında erməni rəqibini üstələyərək bürünc medal qazanıb.
Medianews.az xəbər verir ki, dünən Xorvatiyanın Zagreb şəhərində keçirilən güləş üzrə Avropa Çempionatında ölkəmizi 85 kiloqram çəki dərəcəsində(U15) təmsil edən Fərhad Süleymanlı erməni rəqibini 8-6 hesablı ilə məğlub edərək turnirin bürünc medalını əldə edib.