İspaniyanın Şimali Afrikadakı ərazisi Melilla şəhərinə Mərakeşdən keçmək istəyən yüzlərlə qeyri-qanuni miqrant axını fəlakətlə yekunlaşıb. Sərhəddəki qarışıqlıqda 23 qeyri-qanuni miqrant həyatını itirib.
Medianews.az bunu xarici mətbuata istinadən xəbər verir.
Mərakeşin rəsmi televiziya kanalı “En-Nazur”un məlumatına görə, daha 5 miqrant İspaniyaya keçmək istəyərkən həyatını itirib.
Qarışıqlıqda ölənlərin sayı 18-dən 23-ə yüksəlib və onlarla miqrant müxtəlif formada xəsarət alıb. Xəsarət alanlar arasında Mərakeş təhlükəsizlik qüvvələrinin üzvləri də var.
Bütün bunlarla yanaşı sərhəd bölgəsinə basqın edənlərin Sahara bölgəsindən gələn Afrika əsilli şəxslər olduğunu bildirən Mərakeş səlahiyyətliləri 130 qeyri-qanuni miqrantın Melillaya keçdiyini qeyd edib.
Medianews.az