Dünyanın ən böyük taxıl istehsalçılarından biri olan Ukrayna limanları Rusiyanın işğalı nəticəsində bağlandıqdan sonra ixracını dayandırmalı olub.
Medianews.az xəbər verir ki, Odessa sahillərinə düzülən minalar taxıl yüklü nəqliyyat gəmilərinin daşınmasına mane olduğu vaxt, Türkiyə də işə qarışıb. ABŞ-ın aparıcı media qurumlarından biri olan Bloomberg-ə danışan mənbələr Ankaranın məsələyə müdaxilə etdiyini və həll yolu təklif etdiyini bildirib.
Adlarını açıqlamayan mənbələr Kiyev administrasiyasının bu təklifə soyuq münasibət bəslədiyini bildirib.
“Ərdoğan hökuməti Odessa yaxınlığında minaların təmizlənməsi üçün hərbi dəstək təklif etdi və yük gəmilərini müşayiət etməyi təklif etdi. Lakin Ukrayna buna soyuq yanaşır”, – deyə bəyanatda bildirilir.
Qeyd edək ki, çərşənbə günü Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bu məsələni müzakirə etmək üçün Ankaraya gələcəyini xatırladan Ukraynanın Türkiyəyə nümayəndə göndərib-göndərməyəcəyi hələlik məlum deyil.
Digər tərəfdən isə rus mediası Rusiya, Türkiyə və Ukraynanın bu planda razılaşdığını iddia edib. Kremlə yaxınlığı ilə tanınan “İzvestiya” qəzeti hökumət resurslarına əsaslanaraq, tərəflərin kompromis əldə etdiyini bildirib.
Leyla, Medianews.az