Almaniyada irqçi hücumları davam edir.
Medianews.az xəbər verir ki, Hessenin Kassel şəhərində Avropa Türk-İslam Birliyinin nəzdində fəaliyyət göstərən Əhməd Yəsəvi məscidinə naməlum şəxslər hücum edib.
Səhər saatlarında məscidin divarlarının rəngləndiyini görən məscid rəsmiləri təhlükəsizlik kameralarına baxış keçirdikdən sonra görüntüləri polisə təhvil veriblər.
Hadisəni törədənlərin tutulmasını istəyən Türkiyə vətəndaşları terror təşkilatı PKK-nın əvvəllər də Kassel şəhərində məscidlərə və türk təşkilatlarına hücum etdiyini bildirərək, hücumların bitməsini istədiklərini dilə gətiriblər.
Leyla