Baltikyanı və Qara dəniz regionunda yerləşdirilən NATO qırıcıları son dörd gündə müttəfiq ölkələrin hava məkanı yaxınlığında Rusiya təyyarələrinin qarşısını almaq üçün bir neçə dəfə havaya qalxıb.
Medianews.az xəbər verir ki, bu barədə NATO-nun Hərbi Hava Qüvvələri Komandanlığının mətbuat xidməti məlumat yayıb.
“Polşa, Danimarka, Fransa və İspaniyadan olan çevik reaksiya qüvvələri müttəfiqlərin hava məkanını qorumaq üçün Baltikyanı ölkələrdə havaya qaldırılıb. Eyni zamanda, Qara dəniz bölgəsində müttəfiqlərin hava məkanına yaxınlaşan naməlum obyektləri müəyyən etmək üçün Rumıniya və Böyük Britaniyanın sürətli atəş qırıcılarına havaya qalxmaq əmri verilib”, – məlumatda deyilib.