“Krımın gələcəyi Rusiya ilə bağlıdır”.
TASS-a istinadən xəbər veririk ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.
“ABŞ və müttəfiqlərinin sanksiyaları, təzyiqləri bunu dəyişməyəcək. İstəsəz də, istəməsəz də Krım Rusiya ilə bağlıdır. Özlərini dünyanın ağaları hesab edən ölkələr bizim mövqeyimizi dəyişə bilməyəcəklər”, – o, deyib.