Türkiyədə 42 yaşlı tibb bacısı otel otağında ölü tapılıb.
Medianews.az xəbər verir ki, hadisə Türkiyənin Ordu şəhərində baş verib.
7 il əvvəl boşanan və 2 uşağı olan qadının qaldığı otel otağında çarpayının üstündən iynə və narkotik tapılıb. Ordu Universiteti Təhsil və Araşdırma Xəstəxanasında tibb bacısı işləyən Emel Yüce Fatsa ilçəsindəki bir oteldə tək otaq kirayələyib. Otel işçiləri Emel Yücedən xəbər ala bilməyincə polisə xəbər veriblər.
Otağa girən polis qrupları, çarpayıda hərəkətsiz uzanan gənc qadını aşkar ediblər. Daha sonra təcili tibbi yardıma xəbər verilibş. Gələn tibb işçilərinin nəzarəti altında E.Yücenin öldüyü təyin olunub.
Prokurorluğun müayinəsindən sonra tibb bacısının meyiti yarılma üçün Ordu Dövlət Xəstəxanası Morquna aparılıb.
Digər tərəfdən ölüm səbəbi araşdırılan Yücenin 2 uşaq anası olduğu və həyat yoldaşından 7 il əvvəl boşandığı öyrənilib.
Turan Oruc
Medianews.az