“Vətən müharibəsində qəhrəmanlıq, igidlik, şücaət göstərmiş hərbi qulluqçuların döyüş yolunun öyrənilməsi, ümumiləşdirilməsi və şəxsi heyət arasında təbliğ edilməsi də ideoloji işin tərkib hissələrindəndir”.
Oxu.Az-ın məlumatına görə, bunu Müdafiə Nazirliyinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor Bəkir Orucov bildirib.
Onun sözlərinə görə, Vətən müharibəsində zəfər işğalı sonlandırdı, torpaqlarımız işğaldan azad edildi:
“Vətən müharibəsinin gerçəkliklərinin və qazanılan Zəfərin təcrübəsinin şəxsi heyətə hərtərəfli çatdırılması da İdarəmizin əməkdaşlarının vəzifə borcu sırasındadır”.
“Vətən müharibəsinin gedişi, döyüşlərin nəticələri, ayrı-ayrı rayonların işğaldan azad edilməsi, döyüş təcrübəsi və qələbələrin əldə edilməsi müxtəlif hərbi qurumlar tərəfindən öyrənilir, təhlil edilir, öyrənildikcə yeni faktlar aşkarlanır. Aşkarlanan faktlar əsasında fərqlənən hərbi qulluqçular təltif olunurlar”, – deyə general qeyd edib.