Bu gün Lənkəranda ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.
Medianews.az “azxeber.com”a istinadən xəbər verir ki, hadisə Lənkəran-Lerik yolunun Qurumba kəndi ərazisində baş verib.
Sürət həddini aşan 1988-ci il təvəllüdlü Əliyev Aqilin idarə etdiyi avtomobil yol kənarında dirəyə çırpılıb. Hadisə nəticəsində Aqil Əliyev vəfat edib.
Qeyd edək ki, Aqil Əliyev nişanlı olub və avqustun 1-də toyu olacaqmış.
Mərhumun fotolarını təqdim edirik: