Qarışıq döyüş növləri üzrə Las-Veqasda təşkil olunmuş UFC-264 turnirinin əsas döyüşündə irlandiyalı Konor Makqreqorla ABŞ döyüşçüsü Dastin Puarye üz-üzə gəlib.
Görüş amerikalının qələbəsi ilə yekunlaşıb.
Belə ki, ilk raundun sonunda ayağı qırılan Makqreqor texniki nokautla məğlub olub.
Onu döyüş meydanından xərəklə aparıblar.