Son günlər yerli mətbuatda Bilgəhdəki “Bağçılar” çimərliyin bağlanma səbəbinin oranın əxlaqsız məkana çevrilməsi haqqında xəbərlər yayılıb.
Yayılan iddialara görə, bu çimərliyi intim görüşlər üçün məkana çeviriblər. Hətta xəbərlərdə əyyaşların və narkomanların da oraya yığışdığı qeyd olunur.
Məsələ ilə bağlı Medianews.az-a açıqlama verən Daxili İşlər Nazirliyinin Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev sözü gedən iddiaların əsassız olduğunu bildirib.
Onun sözlərinə görə, “Bağçılar” çimərliyinin qapadılmasının səbəbləri oradakı antisanitariya ilə dözülməz vəziyyət olub.
E.Hacıyev bildirib ki, həmin çimərlik məhz həmin ərazidə yaşayan sakinlərin şikayəti əsasında qapadılıb. Sakinlərin özləri sözü gedən ərazidəki antisanitar vəziyyətlə bağlı DİN-ə müraciət edib.
Turan Oruc
Medianews.az