Ötən gün sosial şəbəkədə “Erməni terrorizminə stop”, “Qarabağ Azərbaycandır” həştəqləri paylaşan müğənni Günay İbrahimli erməni izləyicilərin hücumuna məruz qalıb.
Musavat.com bildirir ki, müğənni bu səbəbdən izləyicilərini həmin profilləri şikayət etməyə çağırıb:
“Dostlar, bundan öncəki paylaşımımda şərəfsiz ermənilərin şərhlərini yəqin ki, gördünüz. Aqressiyalarına səbəb isə, “Qarabağ Azərbaycandır!” həştəqi oldu. Sizdən xahişim odur ki, birlik olub, həmin profilləri şikayət edək. Güc birlikdədir!”.