Səbinə Katanova və Xana ləqəbi ilə vayner qızlar restoranların birində saçyolduya çıxıblar.
BAKU.WS xəbər verir ki, qalmaqal barədə S.Katanova “İnstagram” səhifəsində məlumat verib.
Onun paylaşdığı videoda söylədiklərinə görə, Xətaidə yerləşən çay evlərini birində rastlaşan qızlar saçyolduya çıxıb, bir-birlərini təhqir ediblər.
Bundan başqa sosial şəbəkə hesablarından videolar paylaşan xanımlar bir-birlərini təhqir ediblər.
“Sənin adın Xana deyil, Seyid Xanımdır. Seyidxanımsan, nə zibilsən bilmirəm, ağıllı ol. Mən sənin kimilərdən üzr istəmərəm” deyərək həmkarını təhqir edib.