Misir parlamenti prezident Əbdül Fəttah Əs-Sisinin ölkədə fövqəladə vəziyyət rejiminin daha üç ay uzadılması barədə qərarını təsdiqləyib.
Oxu.Az xəbər verir ki, Misirdə fövqəladə vəziyyət rejimi ardıcıl altıncı dəfə uzadılır.
Xatırladaq ki, 2017-ci ilin aprel ayında Tanta və İskəndəriyyə şəhərlərində kilsələrdə terror aktları törədilib. Bu hadisələr nəticəsində 40-dan çox adam qətlə yetirilib, yüzdən çox adam yaralanıb. Terror aktlarına görə məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürmüşdü.
Bu hadisələrdən sonra Misirdə fövqəladə vəziyyət elan edilib.