Aktrisa Natali Portman qızı Amaliya ilə Los-Ancelesdə görüntülənib.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, 36 yaşlı aktrisa 1 yaşlı qızı ilə alış-verişə çıxıb.
Həmişə rahat tərzə üstünlük verən Hollivud ulduzu bu dəfə də idman üslubda geyinib. Əynində ağ şalvar, qısaqol qara kofta olan Natali sadə saç düzümü və makiyajı ilə diqqət çəkib.
Qeyd edək ki, N.Portman 39 yaşlı xoreoqraf Benjamin Melpye ilə ailəlidir. Onların 5 yaşlı Alep adlı daha bir oğlu var.