Azərbaycanlı alverçinin qəza törətməsi Rusiyada gündəmə çevrilib.
BAKU.WS-in məlumatına görə, ərik ilə dolu olan yük maşını idarəetməni itirərək aşıb. Hadisə Rusiyanın Rostov şəhərində baş verib.
Nəticədə əriklərin çox hissəsi yerə dağılıb. Qəzadan dərhal sonra sürücü əzilmiş meyvələri yolda ucuz qiymətə satmağa başlayıb.
Sürücünün bu addımı videoya çəkilib. Azərbaycanlı alverçinin bu hərəkəti sosial şəbəkədə böyük marağa səbəb olub.