Braziliyanın Amazon meşəsində yaşayan qəbilə üzvləri torpaqlarının əkin sahəsinə çevrilməsi müqaviləsinə etiraz edərək paytaxt Braziliyada konqres binasının qarşısına toplaşaraq etiraz ediblər.
Musavat.com-un məlumatına görə, Konqres binasının qarşısında 1 hətfə oturaq aksiya keçirən qəbilə üzvlərinə pois müdaxilə edib. Bu zaman aksiyaçılarla polis arasında qarşıdurma yaşanıb. Atəş açan polislərə ox ataraq cavab verən aksiyaçılar yaşadıqları bölgənin qoruma altına alınmasını tələb ediblər.
Qəbilə üzvləri qeyd ediblər ki, torpaqlarını əkin üçün istifadəyə verərək onları yerlərindən sürgün etməyə çalışırlar.