“Bir az qəlbim qırıldı”
“Sonra mənə xeyli təkliflər gəlməyə başladı”
“ARB Ulduz”un efirində yayımlanan “Şou məkan” verilişinin qonağı olan rəqqasə Oksana film sevdasından söz açıb.
O, yeni filmi olan “Şər qarışanda” haqqında danışıb:
“Fəxr edirəm ki, məhz mənim prodakşınım ilk dəfə olaraq Azərbaycanda triller janrında film çəkdi. Bu üslubda film çəkilməmişdi. Qorxulu film idi. Bizim tamaşaçılara çox təsir etdi. Bəlkə də, buna görə elə də bəyənilmədi. Dost-tanış tərəfdən də mənə dəstək olmadı. Ona görə bir az qılbim qırıldı, bir az həssas oldum. Çox adam elə bildi ki, Oksana bununla da batdı, qalxmayacaq, bundan sonra heç nə etməyəcək. Ancaq o filmdən sonra mənə xeyli təklif gəlməyə başladı. “Bayram axşamı” komediya filmində baş rola çəkildim. 2017-ci ilin ən gözəl komediyalarından biri olacaq. Bunu mən sizə əminliklə deyirəm, özünüz gəlib görəcəksiz”.
Oksana “Mələyin öpüşü” adlanan yeni filminin ssenarisi haqda bir kəlmə belə danışmasa da, ekran işinin qulağa xoş gələn adı ilə bağlı qısa danışıb:
“Nəinki ”Şou məkan” tamaşaçıları, bütün Azərbaycan tamaşaçıları çox həyəcanlanacaq, təəccüblənəcək və deyəcək ki, belə bir şey də varmış. Ümumiyyətlə, filmin treyleri çıxmamışdan ssenari haqda danışmaq düzgün deyil. “Mələyin öpüşü” o demək deyil ki, mələk gəldi kimisə öpdü. Mələk insana toxunanada onun həyatında yaxşılığa doğru nələrsə baş verməyə başlayır. Filmdə Fuad Poladov, Münəvvər Əliyeva, Təranə Əliyeva, Şəhriyar Əbilov, İlhamə Qasımova, mən, Nizar Məmmədov, Babək Qunizadə, Şamil Süleymanov rol aldılar. Özümü bu qədər aktyorun yanında aktrisa kimi yox, daha çox prodüser kimi hiss edirdim”.
Rəqqasə Oksana film işinə daxil olmasından sonra rəqqasəlikdən uzaqlaşıb-uzaqlaşmayacağına isə belə cavab verib:
“Rəqs mənə ikinci nəfəs verir. O mənim ruhumu tam nəzarət altında saxlayır. Mən bununla qidalanıram. Akyorluq da hardasa bir xareoqrafiyadır”.
O, daha sonra ətrafında lazım olan adamları saxlamasından və Natavanla küsülü olub-olmamasına da toxunub:
“Onlardan gələn pis enerji, onların paxıllıq hissləri məni məhv edir, deyə mən özümü sığortalamışam. Ona görə, həmin insanlarla danışmaq istəmirəm. Mən o insanlarla ünsiyyətdə olmaq istəyirəm ki, onlar poztivdir və mənə də müsbət enerji ötürürlər. Natavanla küsülü deyiləm, salamımı verirəm, sağolumu da alıram. Nəinki onunla, ümumiyyətlə, çox adamla rəfiqəlik münasibətləri yoxdur. Biz düşmən deyilik ki, sadəcə danışmırıq”.
Qeyd edək ki, “ARB Ulduz” kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.