Keçmiş sevgililər – 24 yaşlı amerikalı müğənni Selena Qomez və 22 yaşlı kanadalı müğənni Castin Biber arasındakı qalmaqal bitmək bilmir.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, S.Qomez C.Biberin onu narahat etməməsi üçün nömrəsini dəyişib.
Gənc müğənni, yaxınlarına da nömrəsini Biberə verməmələrini tapşırıb.
Qeyd edək ki, S.Qomez bu yaxınlarda depressiyada olduğunu bildirərək dünya turunu təxirə salmışdı.