Bu gün səhər Ermənistanın Şimali avtovağzal ərazisində qəza baş verib.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, hərbi maşının aşması zamanı 8 əsgər yaralanıb.
Onlar dərhal yerli xəstəxanaya yerləşdiriliblər.
Ümumilkdə isə, yük maşınında 16 əsgər olub.
Faktla bağlı araşdırma aparılır.