Türkiyənin məşhur “Hayat şarkısı” serialının son seriyası müzakirələrə səbəb olub.
BAKU.WS məlumat verir ki, serialın baş rol ifaçıları Kerimlə Hülyanın sevişmə səhnəsi səs-küy yaradıb. Sosial şəbəkə istifadəçiləri serial qəhrəmanlarının yaxınlaşmasını maraqla qarşılayıblar. İstifadəçilər “Kerimle Hülyanın arasındaki tilsim nəhayət qırıldı” kimi şərhlər yazıblar.
Qeyd edək ki, “Hayat Şarkısı” həftənin ikinci günləri “Kanal D”-də yayımlanır.