Türkiyəli müğənni Ebru Polat məşhur futbolçu ilə münasibətindən danışıb.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni İngiltərənin “Sun” qəzetinə Mesut Özillə “burnu axdığı üçün” sevişmədiyini bildirib:
“Tədbirlərin birində Özil ən sevdiyi mahnım olan “Seni Aldattım”ı söylədikdən sonra yanıma gəldi və məni rəqsə dəvət etdi. O, yaraşıqlı biridir və çox yaxın bir şəkildə rəqs etdik. Ancaq çox yorğun olduğumu və yatmağa gedəcəyimi söylədim. Otağıma gedib pijamalarımı geyindim, qapı döyüldü, gələn Mesutdu. Əlində qırmızı bir gül var idi və enerji dolu idi. Məni gecə klubuna getməyə razı saldı.
Bütün gecə rəqs etdikdən sonra otelə birlikdə qayıtdıq, ehtiraslı şəkildə öpüşdük, onunla sevişmək istəmədim . Çünki burnu axırdı və tez-tez burnunu çəkirdi. Heç də cazibədar görünmürdü, həm də xəstələnmək istəmədim, bu səsimə ziyandır, səsimi qorumağa məcburam”.
Daha sonra müğənnni futbolçunun 4 ay onu izlədiyini bildirib:
“Dörd ay məni razı salmağa çalışdı, məni bəyənməsi xoşuma gəlirdi, amma ona aşiq olmadım”.
Qeyd edək ki, Ebru Polat hazırda Ərəb ölkəsində yaşayan azərbaycanlı ilə sevgilidir.
http://youtu.be/NdBRVEPk8vQ