Nyu-Yorkda keçiriləcək mükafatlandırma mərasimlərindən biri olan “Met Gala”ya Selena Qomez və Taylor Svift bir-birinin sevgilisi kimi qatılacaq.
Axşam.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, məşhur ulduzların uzun illərdir dostluğu hər kəsi qısqandırır.
Verdiyi açıqlamada qala gecəyə sevgilisi qismində kimi aparacağı soruşulan Selenanın cavabı hər kəsi təəccübləndirib:
“Yanımda sevgilim qismində Taylor Svift olacaq”.
Qeyd edək ki, bu onların birlikdə qatıldığı ilk tədbir deyil. Rəfiqələr bundan əvvəl də bir neçə dəfə mükafatlandırma gecəsinə birlikdə qatılıblar.