Bu gün Bakı-Qazax magistralının Ucar rayonundan keçən hissəsində ağır yol qəzası baş verib.
Hadisə şahidlərinin Lent.az-a verdiyi məlumata görə, VAZ 2121 (Niva) markalı minik avtomobil VAZ 21012 markalı digər maşına çırpılıb. Nəticədə sürətlə hərəkətdə olan “Niva” avtomobili bir neçə hissəyə bölünüb və yararsız vəziyyətə düşüb. Xoşbəxtlikdən avtomobilin sürücüsü qəzadan sağ çıxıb. Hadisə nəticəsində 1 nəfər yaralanıb ki, onun da xəsarəti yüngül olduğundan, ambulator müalicəyə yazılıb. Faktla bağlı araşdırma aparılır.