Federal Ehtiyat Fondu (FEF) dekabrın 18-də uçot dərəcəsinin müəyyənləşdirilməsi ilə bağlı iclas keçirəcək. FEF-in dekabrın 18-dəki qərarından sonra Azərbaycan manatının da taleyi məlum olacaq.
Məlum olduğu kimi, manatın məzənnəsi valyuta səbətinə görə formalaşır və bu səbətdə iki valyuta – dollar və avro təmsil olunur. Əgər dekabrın 18-də FEF uçot dərəcələrinin artırılacağı ilə bağlı qərar versə, bu, valyuta birjalarında dolların möhkəmlənməsinə gətirib çıxardacaq. Beləliklə manat da ucuzlaşa bilər.
Bəs FEF-nun uçot dərəcələrinin artırılması ilə bağlı qərarı Azəbaycanda hansı sahələrə təsir göstərəcək?
İqtisadçı-alim Azər Mehdiyev AzNews.az-a açıqlamasında bildirib ki, Federal Ehtiyat Fondunun uçot dərəcələrinin artırılması ilə bağlı qərarı neftin qiymətinin bir az da azalmasına zəmin yaradacaq: “Neftin qiyməti onsuz da aşağı düşüb. Uçot dərəcəsi artırılarsa, neftin qiyməti bir az da aşağı düşə bilər. Eyni zamanda neft ixracına olan qadağalar aradan götürülmək üzrədir. Bu qadağaların aradan götürülməsi də neftin qiymətinin aşağı düşməsinə gətirib çıxaracaq”.
A.Mehdiyevin sözlərinə görə, neftin qiymətinin aşağı düşməsi manatın məzənnəsinə təsir göstərən elementdir. Onun fikrincə, dolların bahalaşması manatın məzənnəsinin aşağı düşməsinə, bu isə öz növbəsində ölkəyə idxal olunan malların manatla qiymətinin artmasına gətirib çıxarda bilər.
Ekspertin sözlərinə görə, bu qərar həmçinin gömrük rüsumlarını da artıracaq: “Burada önəmli məqam malın qiymətinin dəyişməsidir. Qiymət dəyişərsə fazilə hesablanan rüsumlarda artım olacaq. Ancaq bu elə də ciddi artım olmayacaq”.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.