Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov vəzifədən azad ediləndən bəri ilk dəfə ötən bazar günü üzə çıxıb və qudası, Azərbaycan Beynəlxalq Bankının keçmiş prezidenti Cahangir Hacıyevin anasının yasında iştirak edib.
AzNews.az xəbər verir ki, bu barədə virtualaz.org saytına məlumat verən mənbə bildirib ki, Eldar Mahmudov mərhumun dəfn mərasimində də iştirak edib və bütün yas mərasimi boyu qudası C.Hacıyevin yanında dayanıb. Ancaq heç kimlə ünsiyyətdə olmayıb. Sabiq nazir fikirli və pərt görünüb.
Mərasimdə yüksək vəzifəli məmurların iştirak etmədiyi bildirilir.
Eldar Mahmudov vəzifədən qəfil azad olunandan sonra onun barəsində müxtılif məlumatlar yayılmaqda idi. Bəzi mənbələr onun qeyri-rəsmi ev dustaqlığında olduğunu iddia edirdi.
Məlumatlara görə, Eldar Mahmudov hazırda Badamdardakı dəbdəbəli şəxsi iqamətgahında yaşayır.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.