“Barselona” futbol klubuna transfer olunan Arda Turan özünə hədiyyə alıb.
Axşam.az-ın “Hürriyet”ə istinadən məlumatına görə, o, qiyməti Türkiyədə 700 min avro, Avropada isə 300 min avro olan “Ferrari” markalı avtomobil alıb.
Arda evinin qarşısına qırmızı “Ferrari”sində gələrək sevgilisi Aslıhan Doğana sürpriz edib.