Səbail Rayon Məhkəməsində “Qəbələ” klubunun sabiq kapitanı Cavid Hüseynov barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması üçün verilmiş vəsatətə baxılıb.
“Report”-un yaydığı xəbərə görə, C.Hüseynov məhkəmə zalına gətirilib.
Proses hakim Elşad Şamıyevin sədrliyi ilə keçirilib.
Məhkəmə qərarına əsasən, C.Hüseynovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatət təmin olunmayıb.