“Kollektiv Qərb postsovet məkanını öz təcrübə meydanı hesab edir və bu, Mərkəzi Asiyada da müşahidə olunur”.
Oxu.Az-ın TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova IV Avrasiya Qadınlar Forumu çərçivəsində jurnalistlərə bildirib.
“Kollektiv Qərb və NATO sisteminə daxil olan dövlətlər, təəssüf ki, postsovet məkanına öz təcrübələri üçün bir meydan kimi baxırlar. Biz Mərkəzi Asiyadakı tərəfdaşlarımızla və digərləri ilə birlikdə Qərbin dövlət əmlakını məhv etmək səviyyəsinə qədər daxili işlərə qarışmağa başladığı anı qaçırmamaq üçün bu barədə danışırıq” , – diplomat qeyd edib.
Rusiya diplomatik departamentinin rəsmi nümayəndəsi vurğulayıb ki, bu yolla Qərb ölkələri həm postsovet ölkələrinin mədəniyyətini neytrallaşdırmağa, həm də onların resurslarını idarə etmək imkanı əldə etməyə çalışırlar.
Zaxarova Ukrayna ərazisində Qərbin hərbi bioloji laboratoriyalarında aparılan bioloji təcrübələri xatırladıb.
“Onlar postsovet məkanında bir çox ölkələr üçün də eyni aqibəti hazırlayıblar” , – diplomat əlavə edib.