Moskvada 15 yaşlı yeniyetmə plan quraraq pedofili polisə təhvil verib.
Medianews.az xəbər verir ki, Bu barədə “Moskovski Komsomolets” (MK) məlumat yayıb.
Gənc oğlan bildirib ki, bir şəxs messencer vasitəsilə ona nalayiq fotolar göndərməyə başlayıb.
Gənc, onu parka görüşməyə dəvət edib. Lakin gənc, oraya tək yox, dostu ilə gəlib. Pedofil yeniyetməyə nalayiq təkliflər irəli sürəndə dostları onu tutub bərk-bərk bağlayaraq polisə müraciət ediblər.
Şübhəlinin 21 yaşlı Qırğızıstan vətəndaşı olduğu üzə çıxıb. Polis cinayət işi açıb.