“Bəzi qidalar bədəni payızda soyuqdəymədən qorumağa kömək edəcək”
Medianews.az xarici mediaya istinadən xəbər verir ki, bunu diyetoloq Larisa Nikitina deyib.
Həkim, qara qarağatı C vitamininin tərkibnə görə, lider adlandırıb. Bundan əlavə, vitamin sarımsaqda, kividə, brokolidə, yabanı sarımsaqda, bolqar və acı bibərdə, portağalda, limonda, itburnu, dəniz itburnuda da olur.
Nikitinanın sözlərinə görə, ilk növbədə beyin fəaliyyətini yaxşılaşdıran və ürək problemlərinə kömək edən B vitaminləri yoxdur. Onun sözlərinə görə, B vitamini noxudda, qırmızı ətdə, lobyada, taxılda, kartofda, təbii inək südündə, yaşıl tərəvəzlərdə və ən çox da kələmdə olur. Diyetoloq qeyd edib ki, payızda balqabaq, qızılbalıq və yumurtada olan D vitamininin alınması da vacibdir.
Nikitina xəbərdarlıq edib ki, aptek vitaminlərini mövsümi məhsullarla tamamilə əvəz etməməlisən, lakin hər ikisinin birləşməsi bütün il boyu bədəni bütün lazımi maddələrlə təmin edəcəkdir.