Çoxumuz sağlamlığı qorumaq üçün gündə 2 litr su içmək lazım olduğunu eşitmişik. Ancaq ekspertlər deyirlər ki, bu mifdir və insan arıqlayarkən mayeyə olan ehtiyac artır. Bəs əslində arıqlamaq üçün nə qədər su içmək lazımdır?
Medianews.az-ın oxu.az-a istinadla verdiyi məlumata görə, rusiyalı diyetoloq Yelena Kozlovskaya çəkini effektiv azaltmaq üçün düzgün su içməyin sirlərini açıqlayıb.
Həkimin sözlərinə görə, fərdi maye qəbulu norması bədən çəkisinin hər kiloqramına 25-30 ml təşkil edir.
“Lakin çəki atarkən bu rəqəm arzu olunan çəkinin hər kiloqramına 40 ml-ə qədər artır”, – deyə o bildirib.
Mütəxəssis vurğulayıb ki, şəkərli içkilər və alkoqol maye hesab edilmir, onlar qidaya bərabər tutulur.
“Buna görə də, əgər arıqlamaq istəyirsinizsə, şirin qazlı içkilərdən imtina etmək və spirtli içkilərin qəbulunu məhdudlaşdırmaq daha yaxşıdır”, – deyə o bildirib.
Yelena Kozlovskaya, həmçinin çay və qəhvə kimi sidikqovucu təsirli içkiləri bir stəkan təmiz su ilə tamamlamağı məsləhət görür.
“Bir saat ərzində içilməli olan optimal maye miqdarı 200-300 ml-dir. Xüsusilə axşam vaxtı birdən-birə çox su içməyin ki, ödemin güclənməsinin qarşısını alasınız”, – deyə o bildirib.
Mütəxəssis bununla belə düzgün su rejiminə keçərkən, ödemin güclənə biləcəyi barədə xəbərdarlıq edib və bunun normal olduğunu deyib.
“Zaman keçdikcə orqanizm uyğunlaşacaq və su ehtiyatı toplamağa ehtiyac olmadığını başa düşəcək”, – deyə diyetoloq bildirib.
O bu sadə tövsiyələrə əməl etməklə, bədəni optimal su balansı ilə təmin edərək asanlıqla və effektiv şəkildə arıqlatmağın mümkün olduğunu deyib.