Medianews.az xəbər verir ki, bu sözləri tanınmış müğənni Nura Suri sosial şəbəkədə qeyd edib.
Müğənni iddia edib ki, dövlət tədbirlərinə düşmək üçün rüşvət verənlərin sayı-hesabı yoxdur:
“Mədəniyyət Nazirliyinin keçirdiyi bütün tədbirlərdə indiyədək pulsuz gedib oxumuşuq, əvəzində də heç kəsə lazım olmayan diplomlar almışıq. Cibimizdən salona, işçilərimizə, benzinə və sair pul xərcləmişik. Bunlarla yanaşı, dövlət tədbirlərinə düşmək üçün rüşvət verənlərin də sayı-hesabı yoxdur. Klip çəkdirmək istəyəndə heç bir teatr və muzeyin icazəsini belə ala bilmədiyimiz nazirliyin bizə xeyri nədir? Niyə və nədən qorxursunuz axı? Niyə şikayətinizi dilə gətirməkdən qorxursuz?” (Yenisabah.az)