Xalq artisti Aygün Kazımova paylaşımı ilə diqqət çəkib.
Medianews.az xəbər verir ki, pop kraliça dəniz kənarında lentə alınan videosunu izləyiciləri ilə bölüşüb.
Kazımova səhər saat 7-də iti ilə çimərliyə yollanıb və orada idman edib.
Qeyd edək ki, A.kazımova hər gün səhər erkən oyandığını və dəniz kənarında piyada gəzib, idman etdiyini açıqlayıb. (Axşam.az)