Türkiyənin Eskişehir şəhərində Y.C adlı qadın oğlunu da götürərək Tepebaşı rayonundakı Fevzi Çakmak Ailə Sağlamlığı Mərkəzinə gedib.
Medianews.az xəbər verir ki, həkimdən oğluna arayış verməsini istəyən Y.C.-nin mənfi cavab alması qalmaqala səbəb olub.
Y.C həkimə hücum edərək onu döyüb. Hadisədən sonra qəzəbli ana sonra saxlanılıb.
Medianews.az