Texas ştatının La Porte şəhərində kimya zavodunda partlayış baş verib, evakuasiya əmri verilib.
Trend xəbər verir ki, Texas ştatının La Porte şəhərində yerləşən kimya zavodunda güclü partlayış qeydə alınıb. İlkin məlumatlara görə, partlayışa qaz kəmərinin partlaması səbəb olub. Hadisənin baş verməsindən dərhal sonra yerli hakimiyyət orqanları ərazidəki insanların təhlükəsizliyini təmin etmək məqsədilə evakuasiya əmri verib.
Hadisə yerinə dərhal yanğınsöndürənlər və xilasedici qruplar cəlb edilib.
Partlayışın ətraf mühitə mümkün təsirləri və əhalinin sağlamlığına riskləri ilə bağlı əlavə məlumatlar verilməsi gözlənilir. Hadisənin təfərrüatları araşdırıldıqca yenilənmiş məlumatlar təqdim olunacaq.