18 sentyabr 2024-cü il tarixində Yaşıl Teatrda bəstəkar İmruzə Hüseynovanın, sözləri isə “Tərəqqi” medalı Nəsibə İsrafil qızına aid olan “Mübarəkdir Zəfərim” adlı möhtəşəm yaradıcılıq axşamı baş tutacaq. Konsert, eyniadlı unikal mahnı ilə açılacaq və tamaşaçılara böyük Zəfərə həsr olunmuş ilhamverici kliplər təqdim olunacaq.
Bu möhtəşəm axşamda Azərbaycan səhnəsinin tanınmış sənətçiləri öz parlaq çıxışları ilə tamaşaçılara unudulmaz anlar yaşadacaqlar. İlk olaraq, Təranə Vəlizadə öz sehrli səsi ilə konsertə rəng qatacaq.
Daha sonra digər məşhur ifaçıların çıxışları ilə davam edəcək:
– Flora Kərimova və Nadir Qafarzadə duet ifasında “Darıxmışam Sənin Üçün”
– Lalə Məmmədova və Rəşad İlyasov duet ifasında “Romanıq İkimiz də”
– Lalə Məmmədova solo ifasında “İstəmirəm Vüsalını”
– Rəşad İlyasov solo ifasında “Son Dəfə”
– Nisə Qasımova solo ifasında “Eynəklər”
– Firəngiz Allahverdiyeva solo ifasında “Ata”
– Samir Piriyev solo ifasında “Yuxu”
– Nərmin Kərimbəyova solo ifasında “Başqasını Sev”
– Cavan Zeynallı solo ifasında “Bəxtimsən, Taleyimsən”
– Arif Nəbiyev solo ifasında “Qısqanmasan”
– Şölə Səfərəliyeva solo ifasında “İgidlər Diyarı”
– Təranə Vəlizadə solo ifasında “Əbəsdi” və “Unuda Bilmirəm”
– Ceyhun Bakinskiy solo ifasında “Bakı”
– Elxan Qaraxanoğlu solo ifasında “Eşq Nəğməsi”
– İlqar Muradov solo ifasında “Mənim Nə Günahım Var”
– Abbas Bağırov solo ifasında “Heç Nə İstəmirəm” və “Bakı, Gecən Xeyrə”
Bu yaradıcılıq axşamı musiqi və ilhamın unudulmaz bayramı olacaq. Hər bir ifaçı öz unikal enerjisi ilə səhnəyə çıxaraq, tamaşaçılara xoş və emosional anlar bəxş edəcək.