Gündəlik həyatda ən çox istifadə edilən əşyalardan biri olan ütünün ucuna hər kəs diqqət yetirib. Marka və modeldən asılı olmayaraq, hamısının üçbucaqlı ucu var. Üçbucaqlı ucların arxasındakı sirr nədir?
Medianews.az xəbər verir ki, bu barədə ensonhaber.com məlumat yayıb.
Daim dəyişən və inkişaf edən texnologiya qarşısında bəzi əşyalar istifadə imkanları baxımından dəyişsə də, onların dizaynı həmişə eyni qalır. Bu əşyalar arasında əsas yer ütülərdir.
İstehsalın ilk günündən ütülərin altlıqları ucuna yaxınlaşdıqca üçbucaq şəklini alır.
Uçlarının üçbucaqlı olmasının səbəbinə baxdığımızda, gəmilərin ucları kimi qırışları xaricə doğru açmaq üçün bu şəkildə dizayn edilmişdir. Öz yolunu açan və qırışların itələnməsini təmin edən bu dizayn detalı sayəsində sürtünmə minimuma endirilir və hərəkətlilik eyni sürətlə artır.
Qısaca desək, ütülərin uclarının üçbucaq formada edilməsinin səbəbi paltarda olan qırışları tamamilə aradan qaldırmaq və ütüləmə zamanı yeni qırışların əmələ gəlməsinin qarşısını almaqdır.
Nailə QASIMOVA