ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp bu vəzifəyə namizədliyini açıqlayan vitse-prezident Kamala Harrislə debatdan sonra ABC-nin bütün işçilərini işdən çıxarmağa çağırıb.
Medianews.az bu barədə Newsweek-a istinad edərək xəbər verir.
Siyasətçi özünün Truth Social platformasında şəbəkənin işindən narazılığını bildirən mesaj dərc edib. “Unutma, mən bir nəfərlə deyil, üç nəfərlə mübahisə etmişəm. ABC Fake News-da hər kəsi işdən çıxarmalıdırlar, hansı ki, oranın iki düşüncəsiz aparıcıları şirkəti biabır edir!”, – deyə o bildirib.
Tramp deyir ki, media ona haqq qazandırmayıb, lakin sorğular onun “əla debat” keçirdiyini göstərir.