Rusiyada Kostromada “Lenaneft 2029” tankeri Volqa çayı üzərindəki dəmir yolu körpüsünə çırpılıb.
Medianews.az xəbər verir ki, bu barədə Rusiyanın Şimal-Qərb Nəqliyyat Prokurorluğu Telerqam kanalında məlumat yayıb.
Bildirilib ki, xəsarət alan və ya neft sızıntısı olmayıb və dəmir yolu nəqliyyatının hərəkəti pozulmayıb.
İnternetdə yayımlanan görüntülərdə gəminin üst hissəsinin körpüyə çırpıldığı görünür.
Hadisədən sonra prokurorluq araşdırmalara başlayıb. O, bütün vəziyyətləri və naviqasiya təhlükəsizliyi qanunvericiliyinə uyğunluğu yoxlayacaq.
Lamiyə