Ukraynada gecə saatlarında sərxoş vəziyyətdə olan hərbi geyimli bir qrup şəxs atəş açmağa başlayıb.
Medianews.az xəbər verir ki, bu barədə “Strana.ua” nəşri məlumat yayıb.
Qeyd olunur ki, hadisə Sofievskaya Borşaqovka kəndində “Şastlıvı” yaşayış kompleksində baş verib.
Bir qrup şəxs mənzilin pəncərələrindən tapança ilə 7-yə yaxın atəş açıb.
Təhlükəsizlik qüvvələrinin keçirdiyi tədbirlər zamanı mənzildə olan iki nəfər saxlanılıb. Hazırda araşdırmalar davam edir, hüquq-mühafizə orqanlarının əməkdaşları da atışmada istifadə olunan silahı axtarırlar.